-AZERTEXNOLAYN
İzləyin
 -AZERTEXNOLAYN
İzləyin
www.azertexnolayn.az
İşə qəbul prosesi

İşçi ehtiyacının müəyyən edilməsi;
1. Axtarış mərhələsi- Daxil olan işə qəbul müraciətləri, alternativ axtarış kanalları vasitəsilə (sosial şəbəkələr, internet saytları və sair) vakansiyanın tələblərinə uyğun namizədlər axtarılır, telefon əlaqəsi saxlanılır və iş görüşməsi üçün münasib vaxt təyin edilir;
2. İlkin qiymətləndirmə mərhələsi- Bu mərhələdə namizədlərlə ilkin müsahibə təşkil edilir. Ehtiyac olduğu təqdirdə vakansiyanın tələblərini qarşılayan namizədlərin məntiqi-riyazi bilikləri, komputer bacarığı, ixtisas biliyi, dil biliyi yoxlanılır;
3. Seçim mərhələsi- İlkin qiymətləndirmə mərhələsindən uğurla keçən namizədlərin struktur rəhbəri ilə görüşü təşkil edilir. Struktur rəhbəri namizədin texniki bilik-bacarıqlarını və işin icrasında lazım olan digər meyarlara cavab verməsini müəyyənləşdirir. Uyğun görülən namizədin referans araşdırması aparılır;
4. Yerləşdirmə mərhələsi - İşə götürülməsi qərarlaşdırılan namizədlərə iş təklifi edilir. İşçiyə işə başlama tarixi, əmək haqqı və şirkət tərəfindən təqdim olunan mənfəət və faydalar haqqında məlumat verilir. Qarşılıqlı razılıq əsasında əmək müqaviləsi bağlanılır.

İzləyin