-AZERTEXNOLAYN
İzləyin
 -AZERTEXNOLAYN
İzləyin
www.azertexnolayn.az
Vakansiyalar

  Şirkətimiz daim peşəkar mütəxəssis axtarışındadır. Əgər siz də bizim sıralarımıza qoşulmaq istəyirsinizsə öz CV-nizi hr@azertexnolayn.com email ünvanına göndərə bilər və ya "müraciət et" düyməsinə basaraq işə müraciət formasını doldura bilərsiniz. Bütün müraciətlər İşə Qəbul şöbəsi tərəfindən incələnir və vakansiyalara uyğun namizədlərlə əlaqə yaradılır.

Hüquqşünas

Əsas vəzifə və öhdəliklər
1. Cəmiyyətin fəaliyyəti ilə əlaqədar aidiyyatı struktur bölmələr tərəfindən hazırlanmış standart (nümunəvi) müqavilələrin layihələrinin hüquqi ekspertizasını həyata keçirmək və onların qanunvericiliyə uyğunluğunu yoxlamaq, müştərilərlə bağlanması nəzərdə tutulan bütün növ müqavilələri hüquqi ekspertiza etmək, risklərin aşkar edilərək aradan qaldırılması üçün təkliflər vermək;
2. Cəmiyyətin təsis sənədlərini, onlarda baş vermiş dəyişiklikləri və idarəetmə orqanlarının qərarlarını (protokollarını) hazırlamaq, struktur bölmələrin əsasnamələrinin, hər bir fəaliyyət növü üzrə daxili qaydaların və digər daxili reqlamentlərin hazırlanmasında iştirak etmək və hüquqi rəyini bildirmək;
3. Digər sənəd layihələrinin (əmr, təlimat, əsasnamə, qayda, məktub, arayış, sorğu, hüquqi akt və hüquqi rəy tələb olunan digər sənədlərin) hüquqi ekspertizasını həyata keçirmək və onların qanunvericiliyə uyğunluğunu yoxlamaq;
4. Cəmiyyətin yeni törəmə müəssisələrinin açılması, habelə hər-hansı fəaliyyət növü ilə bağlı lizenziyanın alınması üçün tələb olunan sənədlərin hazırlanmasında iştirak etmək və hüquqi dəstək vermək;
5. Verilmiş səlahiyyətlər çərçivəsində, Azərbaycan Respublikası və xarici dövlətlərin məhkəmələrində Cəmiyyəti təmsil etmək, hüquqlarını və qanuni mənafelərini müdafiə etmək, lazımi prosessual sənədlərin (iddia ərizələri, iddia ərizələrinə dair etirazlar, məhkəmə aktlarından şikayətlər, ərizə və vəsatətlər və s.) hazırlanmasını təmin etmək, çıxarılmış məhkəmə qərarlarının icrası ilə əlaqədar müvafiq işləri icra etmək;
6. Məhkəmələrin və digər dövlət orqanlarının Cəmiyyətin mənafeyinə zidd olan qərarlarından tələb olunduğu hallarda şikayətlər vermək;

Seçim meyarları

İş təcrübəsi: Müvafiq sahə üzrə 2 il
Təhsili: Ali (Hüquq üzrə)
Bacarıqlar: MS office, ünsiyyət bacarığı, səlis danışıq, diqqətlilik
Dil bilikləri: Rus və ingilis dilləri yaxşı səviyyədə

İş şərtləri

Struktur: Hüquq Departamenti
İş rejimi: 09:00 – 18:00, şənbə günü 09:00-13:00
İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1
Əlavə təminatlar: Bakı şəhərindən nəqliyyat servisi, nahar və telefon limiti

Seçim prosesi

“Müraciət et” düyməsindən istifadə edərək bu vakansiya üzrə seçimdə iştirak edə bilərsiniz. Formanı diqqətlə, dəqiq və mümkün qədər dolğun doldurmağınız xahiş olunur. Müraciətinizi göndərdikdən sonra təsdiq pəncərəsi açılacaq və siz bu haqda əlavə təsdiq emaili alacaqsınız. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır."

Müraciət et CV göndər

RESEPŞN

Əsas vəzifə və öhdəliklər
-Ofisə gələn qonaqların qarşılanması, qeydiyyatı 
-Telefon zənglərinə cavab verilməsi, aidiyyatı üzrə yönləndirilməsi
-E-maillərin cavablandırılması və ya aidiyyatı üzrə yönləndirilməsi
-Daxil olan məktubların qeydiyyatının aparılması və yönləndirilməsi
-Kargüzarlıq və Ofisdaxili işlərin görülməsi
-Gündəlik yemək sifarişlərinin verilməsi üçün aidiyyatı Strukturlardan lazımi məlumatları dəqiqləşdirib yönləndirilməsi
-Müştərilərin və qonaqların suallarının dolğun şəkildə cavablandırılması

Seçim meyarları

İş təcrübəsi: Müvafiq sahə üzrə 2 il
Təhsili: Ali
Bacarıqlar: MS office, ünsiyyət bacarığı, səlis danışıq, diqqətlilik
Dil bilikləri: Rus və ingilis dilləri yüksək səviyyədə

İş şərtləri

Struktur: İnzibati işlər şöbəsi
İş rejimi: 09:00 – 18:00, şənbə günü 09:00-13:00
İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1
Əlavə təminatlar: Bakı şəhərindən nəqliyyat servisi, nahar və telefon limiti

Seçim prosesi

“Müraciət et” düyməsindən istifadə edərək bu vakansiya üzrə seçimdə iştirak edə bilərsiniz. Formanı diqqətlə, dəqiq və mümkün qədər dolğun doldurmağınız xahiş olunur. Müraciətinizi göndərdikdən sonra təsdiq pəncərəsi açılacaq və siz bu haqda əlavə təsdiq emaili alacaqsınız. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır."

Müraciət et CV göndər

Xarici satış mütəxəssisi

Əsas vəzifə və öhdəliklər
Müştərilərlə əməkdaşlıq etmək və razılaşmalara əsasən bütün layihə tələblərini qiymətləndirmək,
Bütün biznes və müştəri tələblərinin uyğunluğunu təmin etmək,
Müvafiq təkliflər hazırlamaq və bütün tələbləri sənədləşdirmək,
Bütün ixrac lisenziyalarını və texniki yardım müqavilələrini idarə etmək və mütəmadi xarici yazışmalar həyata keçirmək, təklif və müqavilələri qiymətləndirmək,
Müştərilərlə bütün ünsiyyətlərin qurulması,
Müştəri üçün bütün nümunələri və sifarişləri izləmək və bütün texniki məlumatlar üçün lazımi lisenziya ərizələri və müqavilələri hazırlamaq və bütün şirkət siyasətlərinə və prosedurlarına riayət olunmasını təmin etmək,
İxrac bazarının araşdırılması və yeni müştərilərin tapılması təmin etmək,
Şirkət siyasətinə uyğun olaraq aidiyyatı üzrə beynəlxalq sərgilərdə şirkəti təmsil etmək,
Rəhbəri tərəfindən təyin edilmiş digər vəzifələri yerinə yetirmək.

Seçim meyarları

İş təcrübəsi: Müvafiq sahə üzrə 2 il
Təhsili: Ali və ya Magistr
Bacarıqlar: MS office, Logo proqramını bilməsi əlavə üstünlükdür
Dil bilikləri: Rus və ingilis dilləri yüksək səviyyədə

İş şərtləri

Struktur: Satış və Marketinq Departamenti, Xarici Satış Şöbəsi