Polad boru zavodu
Polad Boru Zavodu Azertexnolaynın əsas istehsal sahələrindən biri kimi fəaliyyət göstərir. Burada beynəlxalq standartlara cavab verən spiral tikişli polad borular istehsal olunur. 2700 m2 qapalı isehsal sahəsinə sahib zavodda üç xətt quraşdırılıb ki, onunda istehsal gücü 200 000 tondur. Polad Borular əsəsən diametri 400 -2400 mm , divar qalınlığı 6 – 25 mm , uzunluğu isə 6 – 16 m aralığında istehsal edilə bilir.
Spiral qaynaqlı polad borular, spiral formasında və tamamilə tozaltı qaynaq üsulu ilə qövs şəkilli birləşdirilərək istehsal olunan polad borulardır. İstehsal xətti boyunca borular mütəmadi olaraq müvafiq testlərdən keçirilir. Hazır məhsul, avtomatlaşdırılmış plazma dəzgahı ilə standard və ya müştəri tələbinı uyğun ölçülərdə kəsilir.
Zavodda eyni zamanda izolyasiya bölümü fəaliyyət göstərir. Müştəri tələbindən asılı olaraq borular korroziyaya qarşı uzun illər dayanabilməsi üçün iç tərəfi eboksit boya ilə boyanır, çölü isə öncə quru boya ilə boyanıb daha sonra polietilen materialı ilə örtülür. Borunun daxili izolyasiyası EN 10289, xarici isə TS 5139 və DIN 30670 standartlarına cavab verir.