İxrac coğrafiyamız sürətlə böyüməkdədir.
Bu gün Azertexnolayn şirkəti olaraq qürurla deyə bilərik ki, ixrac coğrafiyamız sürətlə böyüməkdədir. Hazırda 3 Avropa ölkəsi İtaliya, Ruminiya və Çex respublikalarına məhsul ixracıyla bağlı müqavilələr təsdiqlənib. İlkin müqavilə dəyəri 198 000 Euro olmaqla təzyiqli polietilen su borusu məhsulları istehsal edilərək artıq İtaliya və Rumuniya resbulikasına göndərilib. Cari müqaviləyə əlavə əsasında gələn həftə ərzində PE borular istehsal edilərək İtaliya və Polşa respublikalarına göndərilməsi yenidən davam etdiriləcək. Avropa Regionu istiqamətində bazarlara çıxışımız bu il ərzində əsas hədəf kimi qarşıya qoyulmuşdur ki, bu ilin II ci rübündə artıq istəyimizə nail olunmuşdur.